Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb

20 yanvar 2022 | 16:00

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri Şəki şəhərində yeləşən Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhid Məzarlığını” ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra şəhidlərin ruhuna dualar oxunub. Anım mərasimində bildirilib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsinin törədilməsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, həm də xalqımızın azadlıq uğrunda mübarizliyini nümayiş etdirən qəhrəmanlıq salnaməsidir. 20 Yanvar faciəsinə tarixi və siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulanıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Keçidlər