Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəkidə 1250 hektarda tütün əkini proqnozlaşdırılır

27 yanvar 2022 | 16:00

2022-ci ildə Şəki rayonunun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 630 hektarına “Virciniya botaniki” növlü, 620 hektarına isə yerli tütün sortları əkiləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən hazırlıq işləri görülür. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır, səpin üçün hazır vəziyyətə gətirilir. Tütün şitillərinin yetişdirilməsi üçün fevralın əvvəlindən başlayaraq təsərrüfatlarda 62,4 min kvadratmetr sahədə sadə istixanaların hazırlanması nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.

Keçidlər