Şəkidə Gənclər Gününə həsr olunan tədbir keçirilib
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Şəki şəhərində tədbir təşkil olunub.
Şəki şəhər 10 №-li tam orta məktəbin akt zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışıblar, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan bəhs ediblər, gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində tələbələrin hazırladığı maraqlı kompozisiyalar nümayiş olunub.
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şəkidə gənclər siyasətinin həyata keçirilməsində, gənclər arasında keçirilən tədbirlərdə xüsusi fəallıq göstərən bir şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təltif ediliblər. Həmçinin, bir qrup fənn olimpiadası və müsabiqə qaliblərinə Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.