YAP Şəki Təşkilatının yeni sədrinin təqdimatı olub
Fevralın 10-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb və vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilib, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirib. O bildirib ki, partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunub və bu gün məqsədimiz YAP Şəki Təşkilatının yeni sədrini sizlərə təqdim etməkdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə olaraq ölkəmizdə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə gediyini, daim Azərbaycan siyasi sisteminə yeniliklər gətirdiyini bildirib. YAP Şəki Təşkilatının ötən müddət ərzindəki fəaliyyətindən danışan icra başçısı təşkilata uzun müddət rəhbərlik edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun xidmətlərini yüksək qiymətləndirib, bütün partiya üzvləri adından ona xüsusi təşəkkürünü bildirib.
Elxan Usubov YAP Şəki Təşkilatının yeni sədri Mikayılov Daşqın Gündüz oğlunun tərcümeyi-halı ilə tədbir iştirakçılarını tanış edib, onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyanın həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, YAP Şəki təşkilatının yeni təyin edilən sədrinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəki təşkilatına uzun müddət yüksək səviyyədə rəhbərlik etdiyinə görə Həsən Həsənova Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib.