Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Zəyzid kəndində səyyar qəbul keçirib

04 mart 2022 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 3-də Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri və kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son müddət ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən söz açmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
      Kənd sakinləri Ariz  Əhmədov, Pərvanə  İsmayılova, Əli Abdulsəmədov və başqaları çıxış edərək kənddə qazlaşdırılmayan evlərin təbii qazla təmin edilməsi, uşaq bağçasının əsaslı təmiri, EATS-ə əlavə telefon nömrələrinin verilməsi və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər