Şəkidə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Martın 5-də Şəki Şəhər İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rayonun ictimai həyatında fəal iştirak edən dövlət müəssisələrində çalışan qadınlar və Şəki Şəhər İcra Hakimiyyətinin qadın əməkdaşları iştirak edib.
Tədbirdə 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verilib, alilələrimizdə, həmçinin cəmiyyətimizdə qadınların əvəzsiz rolundan bəhs edilib.
Bildirilib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı vətənimizdə həmişə uca tutulur, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.