Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qoxmuq kəndində səyyar qəbul keçirib

10 mart 2022 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 9-da Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri və kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son müddət ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən söz açmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Musa Daşdəmirov, Zeynəb Məmmədova, Nüsrət Cabbarov və başqaları çıxış edərək kəndin telefonlaşdırılması və sürətli internetlə təmin olunması, yeni yaşayış massivində tikilmiş fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi, Qoxmuq kənd tam orta məktəbinin qərb hissəsində olan yolun təmir olunması və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər