Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiş kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 17-də Kiş kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə iqtisadi sahədə əldə olunmuş uğurlardan danışmış, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən bəhs etmiş, ölkə başçısının Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı söylədiyi fikirlərə toxunmuşdur. Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Güldəmir Alıyev, Elşad Məsimov, Bəhruz Davudov və başqaları çıxış edərək kəndin Duluzlar məhəlləsinə marşrut avtobusların ayrılması, Kiş kəndinə gələn suyun mənbəyində hovuzların tikilməsinə köməklik göstərilməsi, 4 saylı məktəbin əsaslı təmiri üçün köməklik göstərilməsi, sahibsiz itlərin zərərsizləşdirilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.