Novruz bayramı ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrini ziyarət etmişdir
Şəki rayonunda yaşayan şəhid ailələri şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mütəmadi ziyarət olunur, onların problemləri öyrənilir, zəruri tələbatları həll edilir.
Novruz bayramı ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və icra hakimiyyətinin məsul işçiləri tərəfindən şəhid ailələri ziyarət olunmuş, onlara icra hakimiyyətinin adından bayram sovqatı çatdırılmışdır.
Şəhid ailələrinin üzvləri ilə görüşən icra başçısı 44 günlük Vətən müharibəsində qazanılmış nailiyyətlərə görə şəhidlərə borclu olduğumuzu və onlarla qürur duyduğumuzu vurğulamışdır. İcra başçısı şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik etmiş, onlara öz xoş arzularını çatdırmışdır.
Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.