Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Elm günü”nə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

30 mart 2022 | 16:00

29 mart 2022-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən ADPU-nun Şəki filalı ilə birgə “ELM” gününə həsr edilmiş elmi-praktiki konfrans təşkil edilib. Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 mart tarixinin “ELM GÜNÜ” kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli 7/1№- li Qərarının mahiyyətindən bəhs edib. Elm gününün təsis edilməsinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürü kimi qiymətləndirib. Daha sonra Yusif Şükürlü Şəki Regional Elmi Mərkəzdə aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin  üzərinə düşən mühüm vəzifələrdən söz açıb, elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması və istedadlı gənclərin elmə cəlb olunması yolunda işlər görüldüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu konfrans iştirakçılarıın diqqətinə çatdırıb.
ADPU-nun Şəki filalının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rəsulov çıxış edərək dünyanın bir sıra ölkələrində Elm gününün qeyd olunmasından, Azərbaycan alimlərinin ölkə və dünya elminə verdiyi töhfələrindən bəhs edib.
Konfransda: “İnsan beyninin möcüzələri və süni intellekt modelləri” (N.Z.Çələbiyev, ADPU-nun elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent ), “Şəki REM əməkdaşlarının elm tutumlu nəticələri və dünya elminə inteqrasiyasında onların rolu” (E.V.Abdurahmanov Şəki REM-in Elmi katibi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı), “İnformasiya bolluğu, onun sistemləşdirilməsi və elm haqqında qeyri-səlis düşüncələr” (G.A.Abdullayeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, fil.üzrə fəlsəfə doktoru, dosent), “Azərbaycan elminin inkişafında AMEA-nın Şəki REM-in rolu” (U.B.Mürşüdova, ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanı, AMEA Şəki REM-in aparıcı elmi işçisi, fil.üzrə fəlsəfə doktoru, dosent), “XVIII-XIX əsr Balakənli elm xadimləri” (A.A.Məmmədli, Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru), “Qlobal iqlim dəyişkənliyi və onun doğura biləcəyi ekoloji fəlakətlər” (S.T.Feyzullayeva, ADPU-nun Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi), “XIX-XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrinin inkişafında Zaqatala alimlərinin rolu” (Ə.O.Sultanov, Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru), “Azərbaycan dövlətinin gənclər siyasəti və gənc alimlərin elmin inkişafında rolu” (T.K.Adışirinov, Şəki REM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri) mövzularında məruzələr dinlənilib. Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda elmi, elmi-pedaqoji və elmi-təşkilatı fəaliyyətində fərqlənən Şəki REM-in və ADPU-nun Şəki filialının bir qrup əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.

Keçidlər