Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 31-də Orta Zəyzid kəndində səyyar qəbul keçirilb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, bu gün biz 1918-ci ilin mart soyqırımları qurbanlarının xatirəsini yad edirik. Biz tariximizdə baş verən bu qanlı hadisələri unutmamalı və tarixin dərslərindən ibrət götürməliyik. Cənab Prezidentimizin ətrafında sıx birləşərək dövlətimizin daha da qüvvətlənməsi naminə bircə səylə çalışmalıyıq.
Sonra icra başçısı ölkəmizdə iqtisadi sahədə əldə olunmuş uğurlardan, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən bəhs etmiş, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Niymət Yusibov, Kamran Rasulov, Həsən Salmanov və başqaları çıxış edərək kəndin ərazisindən keçən çayın yatağının təmizlənməsi, köhnə elektrik dirəklərinin, transformatorların yenilənməsi və ərazidə kabelləşmə işlərinin aparılması, yeni yaşayış massivində EATS-in quraşdırılması, kəndin ərazisində yeni subarezian quyularının qazılması və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıqlar vermişdir.