Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Çeşməli kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 7-də Çeşməli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək kənd sakinlərini mübarək Ramazan ayının başlanması təbrik etmişdir.
2018-ci il aprelin 11-də azad və demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyini bildirən icra başçısı 2003-2018-ci illər ərzində ölkəmizdə ayrı-ayrı sahələrdə əldə olunmuş uğurlardan danışmışdır.
Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri Aqil Əhmədov, Ruziyə Əhmədova, Mübariz Mahmudov və başqaları çıxış edərək Çeşməli kənd tam orta məktəbi üçün yeni bina tikilməsinə köməklik göstərilməsi, kəndin telefonlaşdırılması üçün EATS quraşdırılması, Çeşməli kəndində tibb məntəqəsinin açılması və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.