Şəki Şəhər İcra Hakimiyyətinin başçısı I Biləcik kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 14-də I Biləcik kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək kənd sakinlərini salamlamışdır.
Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də azad və demokratik şəraitdə keçirilmiş prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyini bildirən icra başçısı 2003-2018-ci illər ərzində ölkəmizdə ayrı-ayrı sahələrdə əldə olunmuş uğurlardan danışmışdır.
Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Kənd sakinləri çıxış edərək Şəki-Qax yolunun Birinci Biləcik kəndindən keçən hissəsində piyada keçidlərinin təşkil olunması, kənd məktəbinə gedən yolun asfaltlaşdırılması, kənddə uşaq bağçasının tikilməsi və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.