Şəkidə futzal üzrə “Şəki kuboku-2022” turnirinin açılış mərasimi olmuşdur
Aprelin 16-da Şəki Olimpiya İdman Kompleksində Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki təşkilatının və şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildünümünə həsr olunmuş futzal üzrə “Şəki kuboku-2022” turnirinin açılış mərasimi keçirilmişdir.
Şəki şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirdə həmin qurumları təmsil edən 20 komanda iştirak edir.
Açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idmançılar iştirak etmişdir.
Turnirin açılış mərasimində çıxış edənlər ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Turnirdə ilk oyun Şəki Şəhər İcra Hakimiyyəti ilə "Marxal” müalicə-istirahət kompleksinin komandaları arasında baş tutmuşdur. Qarşılaşma 5:2 hesabı ilə Şəki Şəhər İcra Hakimiyyətinin komandasının xeyrinə bitmişdir.