Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cəfərabad kəndində növbəti səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 21-də Cəfərabad kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kənd sakinlərini salamlayaraq aprelin 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının münasibət bildirdiyi məsələlərdən danışıb.
Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri Salamov Rahim, Rüstəmov Rasim və başqaları çıxış edərək kənd məktəbinin əsaslı təmir edilməsi, kəndin içməli su ilə təminatının yaxşılaşdırılması və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.