Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunda tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb

22 aprel 2022 | 16:00

Şəki rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən birini də tütünçülük təşkil edir.
Tütün əkininə, istehsalına və məhsuldarlığına görə respublikada uzun müddətdir birinciliyi qoruyan Şəki fermerləri 2022-ci ildə də daha bol məhsul istehsalına nail olmağı proqnozlaşdırırlar. Bu il rayonda 1250 hektar sahədə tütün əkini nəzərdə tutulub.   
Bu məqsədlə yerlərdə fermerlər tərəfindən 75 min kvadratmetr şitillik sahə hazırlanıb və sahələrə köçürülməsi üçün keyfiyyətli şitillər yetişdirilib. Həmçinin tütün əkini sahələrinə aqrotexniki qulluq göstərilib, şitilin sahələrə köçürülməsinə hazırlıq başa çatdırılıb.
Artıq rayonda istixanalarda yetişən tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Bu məqsədlə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev sözügedən sahələrə baxış keçirib, tütün şitillərinin sahələrə köçürülməsi prosesi ilə tanış olub, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyinə və fermerlərə tövsiyələr verib. Fermerlər may ayının birinci yarısında tütün şitillərinin sahələrə köçürülməsini başa çatdırmağı nəzərdə tuturlar.

Keçidlər