Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində gənclərin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

22 aprel 2022 | 16:00

Aprelin 22-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində hərbi vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəhər rəhbərliyinin, ziyalıların, gənclərin və məktəbllərin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova 2020-ci il 27 sentyabr tarixində düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini bildirib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximi¬zin şanlı səhifəsidir.
Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibəində qazandığımız Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi  nəticəsində əldə edildiyini qeyd edən Z.Cavadova vətənimizin digər regionları kimi, Şəki şəhərinin də  igid övladları ilə seçildiyini, Şəki rayonu üzrə 347 nəfərin, ondan 57 nəfərin Vətən müharibəsində şəhidi olduğunu bildrirmişdir.
Qazanılan Qələbədə Xüsusi Təyinatlı Qüvvələrin böyük rolu olduğunu vurğulayan natiq, Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulan Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasının I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verdiyini qeyd edib.
Z.Cavadova tədbirdə nümayiş olunacaq Xəzər Televiziyasının çəkdiyi "Kod adı: Yaşma" sənədli filminin Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazan əməliyyatlarından və bu qoşun növünün necə hazırlanmasından bəhs etdiyini bildirib.
Sonra  "Kod adı: Yaşma" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ordu quruculuğunun və gənclər siyasətinin banisi olduğunu, bu gün cənab Prezidentimiz,  Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında  bu sahələrdə ardıcıl iş  aparıldığını,  dünyanın ən qabaqcıl orduları sırasında olan bir orduda xidmət keçmək gənclərimiz üçün böyük şərəf olduğunu, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcu olduğunu bildirmişdir.
İcra başçısı nümayiş olunan sənədli filmin gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində atılan uğurlu addımlardan biri olduğunu bildirərək filmin ərsəyə gətirən Xəzər Televiziyasına təşəkkür etmiş, dövlətimizin gələcəyi, sivil cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər