Şəki taxılçıları bu il zəmilərdən 220 min tona yaxın məhsul götürmüşlər
30 iyul 2013 | 15:00
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası uğurla başa çatmışdır.
Cari mövsümdə rayonda 80 min 606 hektar sahənin taxılı biçilmiş, 219 min 652 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülmüşdür. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır.
Biçilmiş taxıl sahələri qısa müddətdə küləşdən təmizlənmiş və hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanmışdır. Bu günədək 11 min hektara yaxın sahədə şum aparılmışdır və hazırda bu iş mütəşəkkil qaydada davam etdirilir.