Şriftin ölçüsü :

Saytın rəngi :

Baltalı kəndində səyyar qəbul

02 avqust 2013 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 1-də Baltalı kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında kənd sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri  iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
Kənd sakini Mənsur İbrahimov, Namiq İbrahimov, Arif Bəşirov, Cəlil Mənəfov,  Sədaqət Əliyeva və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, qəza vəziyyətində olan məktəb üçün müasir tipli binanın tikilməsi,  istismar müddəti bitmiş elektrik dirəklərinin dəyişdirilməsi, Qoxmuq-Baltalı kəndarası yolunun asfaltlaşdırılması, kəndin yuxarı hisssəsində içməli su probleminin aradan qaldırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan məsələlərin aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər