Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qanvermə aksiyası keçirilmişdir

06 avqust 2013 | 15:00

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Şəki regional bölməsində növbəti könüllü qanvermə aksiyası keçirilmişdir.
     Regional bölmədən bildirmişlər ki, aksiya talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaq məqsədi daşıyır.
Qanvermə aksiyasında 160 nəfər iştirak etmişdir. Aksiyada rayonun səhiyyə işçiləri xüsusilə fəallıq göstərmişlər. Toplanan qan laboratoriya müayinəsindən sonra talassemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.

Keçidlər