Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Qeyri-hökumət təşkilatlarının idarəetmə akademiyası” layihəsi çərçivəsində yay məktəbi təşkil edilmişdir

26 avqust 2013 | 15:00

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qeyri-hökumət təşkilatlarının idarəetmə akademiyası” layihəsi çərçivəsində Şəkidə birinci yay məktəbi təşkil etmişdir.
      Yay məktəbində ARGTMŞ-ni və QHT-ləri, ümumilikdə, 24 gənc təmsil edir.
     Yay məktəbinin açılış mərasimində ARGTMŞ-nin sədri Şahin Seyidzadə, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və layihənin rəhbəri Mələk Əliquliyeva layihə haqqında məlumat vermişlər.
    Bildirilmişdir ki, layihənin məqsədi respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının strateji inkişafını, bu qurumların potensialının artırılmasını, QHT-lər arasında əlaqələrin qurulmasını, gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etməkdir.
    Yay məktəbinin tədris planı 28 akademik saatdan ibarətdir.
    Üç gün davam edəcək yay məktəbinin sonunda iştirakçılara şəhadətnamə və sertifikatlar təqdim olunacaqdır.

Keçidlər