Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Şəkidə vətəndaşları qəbul etmişdir

28 avqust 2013 | 15:00

Avqustun 27-də təhsil naziri Mikayıl Cabbarov Şəkidə vətəndaşları qəbul etmişdir.     Şəki Olimpiya İdman Kompleksində keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından gəlmiş vətəndaşların müraciətləri dinlənilmişdir.
     Adları qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin struktur rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə qəbul, təhsil haqqı, iş yerinin dəyişdirilməsi, həvəsləndirmə tədbirləri, fakültənin dəyişdirilməsi, yeni məktəb binalarının tikintisi, xaricdə təhsil almaq, dərs saatlarının artırılması, diplomların tanınması və digər məsələlərlə əlaqədar müraciət etmişlər.
     Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, digər müraciətlərin isə araşdırılaraq müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir.
     Qəbul zamanı, eyni zamanda, nazirliyin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakterli məsələlərlə bağlı müraciətlər də olmuşdur. Belə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Keçidlər