Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Şəkidə çağırış yaşlı gənclərlə görüş keçirilib

27 iyun 2024 | 08:38

İyunun 26-də Şəki Şəhər İcra Hakimiyyəti və SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən  26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə çağırış yaşlı gənclərlə görüş keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, SHXÇDX-nin Şəki rayon şöbəsinin nümayəndələri, Vətən müharibəsi veteranları və çağırış yaşlı gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli açıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, görüşün məqsədini açıqlayıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğunda gördüyü səmərəli işlərdən danışıb, Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələlərinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb,  bu sahədə görülən işlərdən söz açıb, 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbənin əldə olunmasında xidmətləri olan hərbiçilərimizin qəhrəmanlığından bəhs edib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Qaçay Abdulayev çağırış yaşlı gənclərə öz əsgərlik xatirələrindən danışıb, gələcək əsgərlə öz tövsiyyələrini verərək uğurlar arzulayıb.

Keçidlər