Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam Düşüncə” Gənclər Təşkilatı Şəkidə düşərgə təşkil etmişdir

07 sentyabr 2013 | 15:00

“Sağlam Düşüncə” Gənclər Təşkilatının Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Öz hüquqlarını təbiətdə tap” adlı layihə çərçivəsində Kiş kəndi ərazisində, təbiətin qoynunda Azərbaycandan, həmçinin Rumıniya, Çex Respublikası, Polşa, Moldova, Gürcüstan və Türkiyədən olan 32 gəncin iştirakı ilə düşərgə təşkil edilmişdir.
    Çadırlarda yerləşən gənclər açıq hava şəraitində dünyada mövcud olan ekoloji problemlər, ətraf mühitin qorunmasında könüllülüyün rolu, ekoloji çirklənmə və digər mövzular ətrafında müzakirələr aparır, təlimlər keçirlər. Beş gün davam edəcək düşərgə dövründə gənclər, həmçinin Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə də yaxından tanış olacaqlar.

Keçidlər