Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Tələbə adın mübarək!” mövzusunda tədbir keçirilmişdir

07 sentyabr 2013 | 15:00

Sentyabrın 5-də Şəkidə ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə şəhər rəhbərliyinin görüşü keçirilmişdir.
Tədbirdə belə görüşlərin artıq ənənə halını aldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu tədbirlərin məqsədi tələbə adına layiq görülən gənclərin sevincinə şərik çıxmaq, onlara Vətənimizə, xalqımıza gərəkli mütəxəssislər kimi yetişməyi tövsiyə etməkdir.
Tədbirdə ali məktəblərə qəbul imtahanlarında Şəki gənclərinin uğurlarından danışılmışdır. Bildirilmişdir ki, cari ildə rayonun məzunlarından 11 nəfəri qızıl medala layiq görülmüşdür. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1166 abituriyentdən 680 nəfəri tələbə adını qazanmışdır. Onlardan 145 nəfəri 500-dən, 55 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir. Bu, rayonun təhsil tarixində ən yüksək nəticədir.
Diqqətə çatdırılmışdır ki, qəbul imtahanlarında Oxud kənd tam orta məktəbinin məzunu Fəridə Hacıhəsənli hamıdan çox - 696 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olunmuşdur. İnçə-Zunud tam orta məktəbin məzunu Pərvin Abdurahmanov 691, Biləcik kənd tam orta məktəbinin məzunu Günel Ağasiyeva isə 690 bal toplamışlar. Ümumiyyətlə, qəbul imtahanlarında 30-a yaxın məzun 650-dən çox bal toplamışdır.
Tədbirdə bu il rayonun ümumtəhsil məktəblərini qızıl medallarla bitirən, habelə ali məktəblərə yüksək balla qəbul olunan gənclərə şəhər icra hakimiyyəti adından qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.

Keçidlər