Şriftin ölçüsü :

Saytın rəngi :

Albaniyalı gənclər Şəkidə olmuşlar

10 sentyabr 2013 | 15:00

Gənclər və İdman Nazirliyinin Xarici İşlər Nazirliyi ilə birgə bu ilin fevral-may aylarında Albaniya Respublikasının gəncləri arasında keçirdikləri “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda esse yazı müsabiqəsinin qalibləri Azərbaycana səfərləri çərçivəsində Şəkidə olmuşlar.
Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın tədbirlər planına əsasən xarici ölkələrin gəncləri arasında keçirilir.
Səfər çərçivəsində qonaqlar Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, XIX əsrə aid “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olmuş, şəhərin görməli yerlərini gəzmişlər. Qonaqlara Şəkinin qədim tarixi, zəngin mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
Albaniyalı gənclər Şəkidən xoş təəssüratla ayrılmışlar.

Keçidlər