Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə üzüm yığımına başlanmışdır

10 sentyabr 2013 | 15:00

Şəkinin təsərrüfatlarında üzüm yığımına başlanmışdır. Hələlik bağlardan əsasən süfrə üzüm sortları yığılır. Tezliklə texniki sortların da yığımına başlanılacaqdır.
Məhsul istehsalçıları indiyədək bağlardan 300 tona yaxın üzüm yığmışlar. Bağlardan 3500 tona yaxın məhsul toplanacağı gözlənilir.
Hazırda rayonda 285 hektar bar verən üzüm bağları vardır. 2011-ci ildə rayonda şərab zavodunun istifadəyə verilməsi əhalinin bu sahəyə marağını xeyli artırmışdır. Keçən il 18, bu ilin yaz aylarında isə daha 7 hektar sahədə yeni üzümlüklər salınmışdır.

Keçidlər