Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Yaşıla doğru” layihəsi çərçivəsində təlimlərə başlanılmışdır

11 sentyabr 2013 | 15:00

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının dəstəyi ilə respublikamızda ilk dəfə “Yaşıla doğru” layihəsinin icrasına başlamışdır.
      Layihə çərçivəsində Şəki rayonunun Kiş kəndi ərazisində təşkil olunmuş düşərgədə respublikamızın gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı Ukrayna, Rumıniya, Çexiya, İspaniya, Moldova, Gürcüstan və Türkiyədən gəlmiş 40 gəncin iştirakı ilə təlim kursları keçirilir.
     Bir həftə davam edəcək kurslarda iştirakçılar ekologiya ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparacaqlar. Qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti barədə ətraflı məlumat veriləcəkdir.
     Təlim müddətində Şəkinin tarixi abidələrinə ekskursiyalar təşkil ediləcəkdir.

Keçidlər