Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Əşirlər” məhəlləsində səyyar qəbul

13 sentyabr 2013 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 12-də şəhərin “Əşirlər” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüşdə məhəllə sakinləri, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, müəssisə, idarə və təşkilat rəhbələri də iştirak etmişlər.
     Şəhər sakinləri icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, ərazidəki Şəki Mərkəzi Rayon Xəstəxanasının, 8 saylı tam orta məktəbin və fizika-riyaziyyat və humanitar təmaüllü litseyin binalarının əsaslı təmir olunması, məhəllədə əksər küçələrə asfalt örtüyün çəkilməsi, suötürücü arxların yenidən qurulması sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
     Məhəllə sakinləri  Ədilə Məmmədova 19 saylı tam orta məktəbin əsaslı təmiri, Məcid Əzizov, Əminə İsmayılova yaşadıqları ərazidə irigövdəli ağacların kəsilməsi, Mafizə Əndəlifova yaşadığı binanın həyətində “xeyir-şər” evinin tikilməsi, Roza Kərimova yaşadığı küçənin içməli su probleminin həlli və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Yığıncağa şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər