Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr – Anım günü ərəfəsində Şəkidə şəhid məzarları ziyarət edilib .

27 sentyabr 2025 | 16:23

27 sentyabr – Anım günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər icra hakimiyyətinin digər rəhbər şəxsləri vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra şəhidlərimizin ruhuna dualar oxunub. Şəhid valideynlərinə uca tanrıdan səbr, şəhidlərimizə rəhmət diləyən icra başçısı torpaqlarımızın düşmən tapdağından azad olunmasında fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsinin gələcək nəsillər tərəfindən də hər zaman uca tutulacağını və qəlblərdə əbədi yaşayacağını vurğulayıb.

 

Keçidlər