27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə ağacəkmə aksiyası təşkil olunub
25 sentyabr 2026 | 15:14
Sentyabrın 25-də Anım Günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki rayonunda ağacəkmə aksiyası təşkil olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısındakı yaşıllıq ərazisində təşkil oluinmuş aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Ağacəkmə aksiyası rayonun qəsəbə və kəndlərində də keçirilmişdir.







