Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində daha bir uşaq bağçası əsaslı təmir olunmuşdur

19 sentyabr 2013 | 15:00

Şəki şəhərindəki 28 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra yenidən balaca fidanların istifadəsinə verilmişdir.
    Bu münasibətlə keçirilən mərasimdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, deputat Cavanşir Feyziyev, şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və başqaları çıxış edərək bağçanın balaca sakinlərini, onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışmışlar. Qeyd olunmuşdur ki, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Azərbaycanda uşaqların qayğısız və firavan böyümələri, sağlamlıqlarının qorunması, təhsili, təlim-tərbiyəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yeni-yeni məktəb binalarının, uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsidir.
    Diqqətə çatdırılmışdır ki, son bir ildə Şəki şəhərində və kəndlərdə dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. Tezliklə bir bağça üçün yeni binanın tikintisinə, 2 bağçada isə əsaslı təmir işlərinə başlanacaqdır.
     Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Bağçada 5 qrupda 95 uşaq təlim-tərbiyə alır.

Keçidlər