Şəki Şəhər İcra Hakimiyyətində Şuranın geniş yığıncağı keçirilmişdir
19 sentyabr 2013-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.
Yığıncaqda Şura üzvləri ilə yanaşı, Şəki Şəhər İH başçısı aparatının məsul işçiləri, idarə və təşkilatların rəhbərləri, Şəki Şəhər İHB-nın sahə, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, fermerlər iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış, müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir. Sonra gündəlikdə duran birinci məsələ - “Şəkidə turizmin cari vəziyyəti: reallıqlar və perspektivlər” barədə icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova məruzə etmişdir. Məsələ ətrafında çıxışlardan sonra söz icra hakimiyyəti başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Xəlil Xəlilova verilmişdır. X.Xəlilov gündəlikdə duran ikinci məsələ - “Şəkidə taxıl biçininin yekunları və qarşıda duran vəzifələr” barədə məlumat vermişdir. Sonra məsələ ətrafında geniş müzakirələr aparılmışdır.
Sonda hər iki məsələ ilə bağlı qərar layihəsinin hazırlandığı bildirilmişdir.