Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Dəmirçibulağı” məhəlləsində səyyar qəbul

27 sentyabr 2013 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrn 26-da şəhərin “Dəmirçibulağı” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, əlaqədar müəssisə, idarə və təşkilat rəhbələri də iştirak etmişlər.
     Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmiş, son illər  şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işləri sakinlərin hədsiz sevincinə səbəb olduğunu, onlarda doğma yurda bağlılıq hislərini artırdığını bildirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
    Məhəllə sakinləri Züleyxa Nəsirova, Xuraman Cəfərzadə, Yunus İdrisov, Sərdar Hüseynov, Bahar İsmayılova, Rəhimə Qasımova və digərləri çıxış edərək Pişəvəri küçəsinin əsaslı təmir olunması, ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsi, Çələbixan küçəsinin işıqlandırılması, avtoxuliqanlara qarşı tədbirlər görülməsi, “Gənclər” küçəsində kanalizasiya xətlərinin əsaslı təmir olunması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər