Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Bakı Musiqi Akademiyasının kamera orkestrinin konserti olmuşdur

30 sentyabr 2013 | 15:00

28 sentyabr 2013-cü il tarixdə Şəki şəhərində yerləşən “Yay teatrı”nda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin konserti olmuşdur.
     Konsert Şəki Şəhər İcra Hakimiyyəti və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli iştirak etmişdir.
   Xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi altında keçirilən konsertdə Bakı Musiqi Akademiyasının kamera orkestrınin bir-birindən maraqlı çıxışları olmuşdur. Konsertdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və digər Azərbaycan bəstəkarları ilə yanaşı xarici ölkə bəstəkarlarının da əsərləri səslənmişdir. Orkestr üçün yazılmış xalq mahnılarının da ifa olunduğu konsert tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Keçidlər