Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Şəhər Günü qeyd ediləcəkdir

30 sentyabr 2013 | 15:00

Oktyabr ayının əvvəllərində Şəkidə Şəhər Gününə həsr olunmuş bayram tədbiri keçiriləcəkdir.
     İkinci dəfə qeyd ediləcək bu tədbirin məqsədi Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirməkdir.
     Bayram iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzəcək, ulu öndərin əziz xatirəsini ehtiramla yad edəcəklər.
     Bayramın təntənəli açılış mərasimi şəhərin mərkəzində - Azadlıq meydanında keçiriləcəkdir.
    Tədbir iştirakçıları burada kitab və fotosərgilərlə tanış olacaq, “Şəhər ritmləri” adlı fləşmobu izləyəcəklər. Sonra tədbir şəhərin “Yuxarıbaş” Tarix Memarlıq Qoruğunun ərazisində davam etdiriləcəkdir. Bayram iştirakçıları Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olacaq, pəhləvan və kəndirbazların çıxışlarını izləyəcəklər.
Şəhər Gününə həsr olunmuş tədbirlər çərçivəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı binasının və yeni teatr mövsümünün də açılışı olacaqdır.
    Şəhər Günü tədbiri rəngarəng konsert proqramı və bayram atəşfəşanlığı ilə başa çatacaqdır.

Keçidlər