Şəkidə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir
05 oktyabr 2013-cü il tarixdə Şəkinin Qaratorpaq kəndinə yeni içməli su xəttinin çəkilməsi münasibətilə tədbir keçirilmişdir. Mərasimdə Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkilli Cavanşir Feyziyev, “Azərsu” Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştrak etmişlər.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, uzun müddət Qaratorpaq və Bolludərə kəndlərində icməli su problemi olub. Bu problemi həll etmək üçün ikimərhələli layihə hazrılanıb və layihənin ilk mərhələsi olan 11 km yeni su xətti artıq çəkilmişdir. Ümumilikdə 1270 nəfər kənd sakininin su ilə təminatına imkan yaranmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri əvvələr içməli suyu böyük çətinliklərlə qonşu kəndlərdən gətirdiklərin qeyd edərək, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, layihənin ikinci mərhələsi davam etdirilir. Bu mərhələdə kəndlərdə su sisteminin yaradılması nəzərdə tutulmuşdur.
Tədbirdən sonra Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov kənd sakinlərinin problemləri ilə maraqlanmış, qaldırılmış məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıqlar vermişdir.