Şriftin ölçüsü :

Saytın rəngi :

Qaragöz Kərimova: Sülhə, əmin-amanlığa və sabitliyə səs verdim

11 oktyabr 2013 | 15:00

Mən bu gün seçkiyə çox həvəslə gəlmişəm. Sadə bir seçici kimi, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bir siyasi kampaniyadan kənarda qala bilməzdim. Seçkilər çox şəffaf keçir. Seçicilərə öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Komissiya üzvləri seçiciləri gülərüz qarşılayır, səsvermə prosedurunu izah edir, onların hər bir müraciətinə çox həssaslıqla yanaşırlar. Mən də hamı kimi, ürəyimdə tutduğum namizədə - Azərbaycanın işıqlı gələcəyini təmin edəcək insana səs verdim.
Bu sözləri 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının 19 saylı seçki məntəqəsində səs verən Şəki Dövlət Rəsm Qalereyasında çalışan Qaragöz Kərimova AzərTAc-a müsahibəsində demişdir.
Seçicinin bildirdiyinə görə, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqədə bütün zəruri şərait yaradılmışdır. Səsvermənin gedişindən heç kim narazılıq edə bilməz. Çünki bütün səsvermə prosesi, seçki hərəkətləri müşahidəçilərin gözü qarşısında baş verir.

Keçidlər