Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Azərbaycandakı səfiri Şəkidə olmuşdur

13 oktyabr 2013 | 15:00

Türkiyənin  Azərbaycandakı səfiri Alper Coşkun oktyabrın 11-12-də Şəki şəhərində olmuşdur.
     Səfir Alper Coşkun şəhər icra hakimiyyətində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla və Milli Məclisin deputatı Yaqub Mahmudovla görüşmüşdür. Görüş zamanı qeyd olunmuşdur ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri gündən-günə inkişaf edir, güclənir və möhkəmlənir. Bu əlaqələr xalqlarımız, ölkələrimiz arasında olan tarixi köklər üzərində qurulmuşdur və keçmiş tariximizin davamıdır. Əsrlər boyu bizim xalqlarımız bir kökdən olaraq, bir kökə mənsub olaraq, bir dilə, bir dinə mənsub olaraq, bərabər yaşamışlar, sıx əlaqədə olmuşlar, bir-birinə kömək etmişlər, bir-birinə dayaq olmuşlar və öz tarixlərini yaratmışlar.
   Görüşdə səfirə Şəkinin Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
   Səfir Alper Coşkun öz növbəsində Şəkiyə səfərindən çox məmmun olduğunu bildirmişdir. Sonra səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
    Səfər çərçivəsində səfir və onun xanımı Kiş kəndindəki erkən orta əsrlərə aid qədim alban məbədini,  Azərbaycan milli memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayını,   XVIII–XIX əsrə aid tarixi-memarlıq abidələri olan “Yuxarı Karvansaray”ı və “Aşağı Karvansaray”ı, XVIII əsrə aid “Şəki xanlarının evi”ni ziyarət etmiş, “Şəki-İpək” ASC-də olmuşlar.

Keçidlər