Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir

24 oktyabr 2013 | 15:00

23 oktyabr 2013-ci il tarixdə “Şəki-Palas” otelinin konfrans zalında Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonumuzun bədən tərbiyəsi və  idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə AR Gənclər və İdman Nazirliyinin nümayəndələri, Şəki şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər, KİV- lərinin nümayəndələri  iştirak etmişlər.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi V.İskəndərov Şəki  idmançılarının nailiyyətlərindən danışmış, qarşıda duran vəzifələrdən geniş söhbət açmışdır. Görüş maraqlı diskusiya şəklində keçmişdir.

Keçidlər