Şriftin ölçüsü :

Saytın rəngi :

Paskal Mönye: Aleksandr Düma kimi, mən də Şəkiyə vurulmuşam

26 oktyabr 2013 | 15:00

Mən artıq dördüncü dəfədir ki, Şəkiyə səfər edirəm. Mənim artıq bu şəhərdə dostlarım vardır. Aleksandr Düma kimi, mən də Şəkiyə vurulmuşam. İstərdim ki. Fransada da Şəkiyə bənzər bir şəhər olsun, onlar bir-biri ilə qardaşlaşsınlar. Bu, bizi çox sevindirərdi. Şəki elə bir qədim şəhərdir ki, burada tarixin bütün izlərini görmək mümkündür.
Bu sözləri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Şəkidə jurnalistlərə müsahibəsində demişdir.
Fransanın Kolmar şəhəri ilə Şəki arasında əlaqələrin perspektivlərinə toxunan səfir bildirmişdir ki, Kolmar şəhərinin meri bu dostluğu daha da möhkəmləndirmək üçün Şəki məktəblilərinə fransız dilində dərsliklər hədiyyə etmişdir. Merin arzusu budur ki, bu əlaqələr daha da genişlənsin, gediş-gəliş olsun. Səfir demişdir: “Biz ölkələrimiz arasında turizm sahəsində əlaqələrin genişlənməsində maraqlıyıq. İstəyirik ki, Azərbaycan ilə Fransa arasında viza rejimi daha da sadələşsin, insanlar rahat şəkildə bir-birilərinə getsinlər. İstəyirik ki, Azərbaycana gələn fransız turistlər Şəkidə də olsunlar, bu qədim şəhəri öz gözləri ilə görsünlər, tanısınlar”.

Keçidlər