Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir

30 oktyabr 2013 | 16:00

Şəki şəhər stadionunda çağırışa qədər və çağırış yaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
    Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gəncləri hərbi xidmətə hazırlamaq, onlarda vətənpərvərlik hisslərini yüksəltmək məqsədi daşıyır.
     28 komandanın qatıldığı birincilikdə iştirakçılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma və hədəfə qumbara atma yarışlarında mübarizə aparmışlar.
Yekun nəticələrə görə, Çeşməli kənd tam orta məktəbin komandası yarışların qalibi adını qazanmışdır. Sonrakı yerləri şəhərdəki 11 və 8 nömrəli tam orta məktəblərin komandaları tutmuşlar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Birinciliyin qalibi olmuş komanda noyabrın ortalarında İsmayıllı şəhərində keçiriləcək zona yarışlarında iştirak etmək hüququ əldə etmişdir.

Keçidlər