Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisinə başlanılmışdır

30 oktyabr 2013 | 16:00

Azərbaycan Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 20 avqust tarixli Sərəncamına uyğun olaraq Şəkidə Aşağı Göynük-Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisinə başlanılmışdır.
    On səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 17 kilometr olan avtomobil yolunun tikintisi üçün cari ilin dövlət büdcəsindən Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2,5 milyon manat vəsait ayrılmışdır. Tikintinin ümumi smeta dəyəri isə 8 milyon manatdır. Hazırda yolun torpaq yatağının salınması işləri görülür.  Tikinti işlərini 15 saylı Yol İstismar İdarəsinin kollektivi həyata keçirir.
   Avtomobil yolunun 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur

Keçidlər