Şriftin ölçüsü :

Saytın rəngi :

Ədalət Vəliyev: Şəki teatrında aktyorlar üçün yaradılmış möhtəşəm şərait məni çox sevindirmişdir

02 noyabr 2013 | 16:00

Bu gün hər birimiz üçün çox əlamətdar bir gündür. Biz prezidentimizin Azərbaycan teatrının 2009-2019-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı imzaladığı Sərəncamın necə deyərlər növbəti səhifəsinin açılış mərasimindəyik. Bilirsiniz ki, bir neçə müddət öncə dövlətimizin başçısı Şəkidə olarkən bu gözəl teatrın binasını gəzmiş, açılışla bağlı xeyir-duasını vermişdir. Bu gün isə artıq Şəki teatrı yeni mövsümdə - Azərbaycan teatrının 141-ci mövsümündə yeni binada ilk tamaşaçılarını qəbul edir. Qeyd etməliyəm ki, bina ilə tanış olarkən çox qarışıq və möhtəşəm hisslər keçirtdim. Bu binanda 80-ci illərdən bəri bir çox dəyişikliklərin şahidi olmuşam. Çoxlu tamaşaların iştirakçısı olmuşam. Bu gün bu binada nəinki bölgə, respublika miqyasında, hətta Avropanın bir çox ölkə və şəhərləri ilə müqayisəyə gəlməyəcək dərəcədə aktyorlar üçün yaradılmış möhtəşəm şərait məni çox sevindirdi, qürur duydum.
Bu fikirləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılış mərasimində jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir müavini daha sonra demişdir: “Yeganə arzumuz, istəyimiz, təbii ki, Şəki teatrını ötən əsrin 70-ci, 80-ci illərdəki tanıtım səviyyəsinə çatdırmaq, qaldırmaqdır. İstəyirik ki, yaradıcı kollektiv bu binanın imkanlarından yararlanaraq Avropaya, MDB məkanına yenidən böyük qastrol səfərlərinə çıxsın, uğurlu tamaşaları ilə hamımızı sevindirsin”.

Keçidlər