Şriftin ölçüsü :

Saytın rəngi :

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku: Azərbaycan çox böyük sürətlə inkişaf edir

05 noyabr 2013 | 16:00

Azərbaycan çox böyük sürətlə inkişaf edir. Bu inkişafı öz gözlərimlə görmək mənim ən böyük arzularımdan biri idi. Sevinirəm ki, mən bu arzumu həyata keçirə bildim. Gəldim və ölkənizin necə sürətlə inkişaf etdiyinin şahidi oldum. Güman edirəm ki, mənim Azərbaycana səfərim davamlı olacaqdır.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rumıniya Respublikasının keçmiş Prezidenti Emil Konstantinesku Şəkidə jurnalistlərə müsahibəsində demişdir.
Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirən Emil Konstantinesku Şəki şəhəri, bu qədim diyarın nadir tarixi-memarlıq abidələri, xüsusilə Şəki xanlarının sarayı ilə tanışlığın onda çox böyük təəssürat yaratdığını söyləmişdir. Emil Konstantinesku demişdir: “Çox şadam ki, nəinki Azərbaycanın, dünyanın ən qədim məkanlarından birini ziyarət etdim. Bu, təkcə yeni bir mədəniyyət deyil, illərlə, əsrlərlə formalaşaraq bu günümüzə gəlib çatmış bir irs, mədəniyyətdir. Əminəm ki, Azərbaycan xalqı bu mədəniyyəti gələcək nəsillərə ötürəcəkdir. Xan sarayının qarşısındakı bu nəhəng ağaclar çox valehedicidir, dərin rəmzi məna daşıyır. Bu ağaclar sanki sarayın qoruyucularıdır. Ümumiyyətlə gözəl təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Şəki məndə dərin təəssüratlar yaratdı”.

Keçidlər