Şriftin ölçüsü :

Saytın rəngi :

Anatoli Raxanskiy: Azərbaycan Beynəlxalq Humanitar Forumun keçirilməsi üçün ən layiqli ölkədir

05 noyabr 2013 | 16:00

Azərbaycan Beynəlxalq Humanitar Forumun keçirilməsi üçün ən layiqli ölkədir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Forumda dünyanın bir çox ölkələrindən çoxsaylı nümayəndələr, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, Nobel mükafatı laureatları iştirak etdilər. Prezident İlham Əliyev Forumun açılışında gözəl nitq söylədi.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Ukrayna Mühəndislik Akademiyasının, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının müxbir üzvü Anatoli Raxanskiy Şəkidə jurnalistlərə müsahibəsində demişdir.
Azərbaycanı çoxdan tanıdığını, ölkəmizdə prezident seçkilərində üç dəfə müşahidəçi qismində iştirak etdiyini deyən ukraynalı deputat sonuncu seçkilərin də azad, demokratik və şəffaf şəraitdə keçdiyini vurğulamışdır. A. Raxanskiy bildirmişdir ki, Azərbaycan xalqı ölkənin gələcəyinə inanır, Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir. Məhz bunun nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş seçkilərdə İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçilmişdir. Çox şadam ki, Azərbaycanın müdrik xalqı özünə yenidən müdrik rəhbər seçmişdir.
Şəkiyə ilk dəfə gəldiyini, şəhərin abad, səliqəli, insanların şən və gülərüz olduğunu vurğulayan ukraynalı qonaq bildirmişdir ki, üzlərindəki təbəssümdən onların rifahının günbəgün yaxşılaşdığı hiss olunur. Elə buna görə də xaricdən nümayəndələr Azərbaycana böyük məmnuniyyətlə gəlirlər.

Keçidlər