Şriftin ölçüsü :

Saytın rəngi :

Kardinal Canfranko Ravazi: Azərbaycandakı yüksək tolerantlıq mühiti məni çox sevindirdi

06 noyabr 2013 | 16:00

Azərbaycanın çox qədim tarixi və zəngin mədəniyyəti vardır. Çox sevinirəm ki, belə bir gözəl diyara gəlmişəm. Şəki öz mədəniyyətinə, incəsənətinə və qədim tarixinə görə Azərbaycan şəhərləri içərisində ən yüksək yerdə durur. Bu şəhər füsunkar təbiəti və tarixi abidələri baxımından bənzəri olmayan bir şəhərdir. Kiş kəndindəki bu qədim məbədi görməyimə çox sevindim. Bilirəm ki, Azərbaycanda islam dini ilə yanaşı, digər dinlərə də hörmət və ehtiram bəslənilir. Ölkənizdəki tolerantlıq mühiti məni çox sevindirdi.
Bu sözləri Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Şəkiyə səfəri çərçivəsində Kiş kəndindəki qədim alban məbədi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində demişdir.
Azərbaycanın bölgələrinə - Qəbələ və Şəkiyə səfərindən məmnun qaldığını, belə gözəllikləri gördüyünə görə özünü xoşbəxt sandığını vurğulayan kardinal Canfranko Ravazi ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı xoş təəssüratlarını mütləq yuxarı dairələrə, administrasiyaya çatdıracağını bildirmişdir.

Keçidlər