Şəkidə Dövlət Bayrağı Günü münasibətilə idman spartakiadası təşkil olunmuşdur
09 noyabr 2013 | 16:00
Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin, Şəki şəhər Gənclər və İdman idarəsinin və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə Şəki şəhərində idman spartakiadası təşkil olunmuşdur.
Spartakiadanın proqramına oğlan və qızlar arasında voleybol, basketbol və sotolüstü tennis idman növləri üzrə yarışlar daxil edilmişdir. Spartakiadada 500 nəfərə yaxın yeniyetmə və gənc öz qüvvəsini sınamışdır. Yarışlar başa çatdıqdan sonra qalib komandaların üzvləri kubok, medal və fəxri fərmanlarla təltif olunmuşlar.