Şəkidə evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilən çoxmənzilli yaşayış evində tamamlama işləri görülür
13 noyabr 2013 | 16:00
Şəki şəhərində qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yaşayış evinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Şəhərin Nəriman Nərimanov prospektində dövlət vəsaiti hesabına inşa edilən dördmərtəbəli yaşayış evindəki mənzillər iki və üç otaqlıdır. Binada xarici kommunikasiya xətlərinin tikintisi yekunlaşmaq üzrədir. Tikinti işlərini “Əfqan” firmasının inşaatçıları yerinə yetirirlər.