Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qanvermə aksiyası keçirilmişdir

16 noyabr 2013 | 16:00

Aşura günü ilə əlaqədar noyabrın 14-də Şəki şəhərindəki “İmaməli” məscidində könüllü qanvermə aksiyası keçirilmişdir.
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədi daşıyır.
Aksiya Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilmişdir. Gün ərzində davam edən aksiyada 60-a yaxın könüllü qan vermişdir. Toplanan qan talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır

Keçidlər